Şou biznes

Türkiyədə saxlanılan məşhur müğənni Aleyna Tilkinin vəkilindən açıqlama

18 Dec 2025, 13:46 1 baxış
Türkiyədə saxlanılan məşhur müğənni Aleyna Tilkinin vəkilindən açıqlama
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin vəkili Ayşegül Mermer Vilayət Jandarm Komandanlığının qarşısında mətbuat nümayəndələrinə açıqlama verib. Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir. "Aleyna Tilki bu gün istintaq çərçivəsində saxlanılıb. Hazırda əldə etdiyim məlumata görə, aparılan axtarışlar zamanı hər hansı cinayət elementi aşkarlanmayıb. Hazırda sizə verə biləcəyim başqa bir təsdiqlənmiş və rəsmi məlumatım yoxdur. Yaxın saatlarda təsdiqlənmiş məlumatlar sizə təqdim ediləcək, ictimaiyyəti məlumatlandırmaq və təqsirsizlik prezumpsiyasını qorumaq üçün təsdiqlənmiş məlumatlardan sonra rəsmi açıqlama veriləcək. Aleyna xanım buradadır", - deyə Ayşegül Mermer bildirib. Qeyd edək ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və Mümine Senna Yıldız saxlanılıblar. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar. Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barələrində də saxlanılma qərarı verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər