Şou biznes
Rejissor Rob Raynerin ölüm səbəbi rəsmən açıqlandı
Los-Ancelesin məhkəmə-tibbi ekspertiza idarəsi rejissor Rob Rayner və arvadı Mişelin ölüm səbəbini müəyyən edib. Oxu.Az xəbər verir ki, "RIA Novosti" 18 dekabr tarixli autopsiya rəyini dərc edib. "Ölüm səbəbi çox sayda kəsilmiş-deşilmiş yaradır", - deyə rəydə qeyd olunub. Bundan əlavə, ər və arvadın hər ikisinin dekabrın 14-də öldürüldüyü dəqiqləşdirilib. Dekabrın 15-də KİV Rob Rayner və həyat yoldaşı Mişelin cəsədlərinin Los-Ancelesdəki evlərində tapıldığını bildirib. Cəsədləri onların evə baş çəkən qohumları aşkarlayıblar. Daha sonra mətbuatda rejissorla arvadının qətlində oğullarının şübhəli bilindiyi yayılıb. Rob Raynerin oğlu Nik iki qətl ittihamı ilə üzləşəcək. Onu ömürlük həbs və ya ölüm cəzası gözləyə bilər.
Mənbə
oxu.az