Şou biznes
"Warner Bros." "Paramount"un təklifini rədd edəcək
"Warner Bros. Discovery" (WBD), böyük ehtimalla, "Paramount Skydance" (PS) şirkətinin satınalma ilə bağlı təklifini qəbul etməyəcək. Oxu.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb. WBD bu qərarını çox yaxın gələcəkdə elan edə bilər. Direktorlar Şurası səhmdarlara "Paramount Skydance" əleyhinə səs verməyi məsləhət görür. Əvvəlcə xəbər verildiyi kimi, "Netflix"in WBD-ni təxminən 83 milyard dollara almaq təklifinə cavab olaraq, PS 108.4 milyard dollarlıq əks-təklif irəli sürüb. Bu arada, "Netflix"lə mübahisədə şuranın dəstəyini təmin etmək üçün "Paramount Skydance" - "Warner Bros. Discovery" üçün təklifinin qiymətini artırmağı fərdi qaydada nəzərdən keçirib.
Mənbə
oxu.az