Şou biznes
ABŞ-də məhkəmə məşhur rejissorun ölümündə oğlunu ittiham edib
ABŞ-nin Los-Anceles məhkəməsi məşhur Hollivud rejissoru Rob Raynerin və həyat yoldaşı Mişelin ölümündə oğulları Niki ittiham edib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, müstəntiqlər sözügedən hadisə ilə bağlı işi prokurorluğa göndəriblər. Rejissorun 32 yaşlı oğlu dekabrın 14-də saxlanılıb. Onun valideynlərini öldürməsi iddiası ilə bağlı kifayət qədər dəlillər tapılıb. Məlumata görə, Nikə ömürlük həbs və ya ölüm hökmü kimi ağır cəza veriləcəyi istisna olunmur. Məşhur rejissorun qətlində ittiham olunan oğlunun narkotik asılılığından əziyyət çəkdiyi də bildirilib. Xatırladaq ki, bir neçə gün əvvəl Los-Ancelesdə 78 yaşlı Rob Rayner və həyat yoldaşı, 68 yaşlı Mişel Singer Rayner evlərində ölü tapılıblar.
Mənbə
oxu.az