Şou biznes

WT: Elvis Presli ABŞ-yə üz tutan miqrantları himayə edirmiş

15 Dec 2025, 13:30 1 baxış
WT: Elvis Presli ABŞ-yə üz tutan miqrantları himayə edirmiş
Müğənni Elvis Presli və dünyasını dəyişmiş digər şəxslər humanitar məqsədlərlə ABŞ-yə üz tutan miqrantların potensial sponsorlarının siyahısında olublar. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Times" ABŞ Konqresinin maliyyə-təftiş idarəsinə istinadən xəbər verir. Məlumata görə, miqrantlara sponsorluq üzrə bir neçə müraciətdə müğənniyə məxsus sosial sığorta nömrəsi qeyd olunub. Müəyyən olunub ki, ümumilikdə iyunda 1.4 min nəfər əcnəbi ABŞ-yə gəlib, lakin onların ərizələrində qeyd olunan sponsorlar artıq ölübmüşlər. Bundan başqa, müraciətlərdə saxta bioqrafik məlumatlar göstərilib, eyni zamanda, oraya üçüncü şəxslərin, məsələn, Konni Çanqın və Kote de Pablonun fotoşəkilləri yapışdırılıb. Xarici vətəndaşlara ABŞ-yə daxil olmaq üçün şərait yaradılması təcrübəsi Demokratlar Partiyasından olan keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən tətbiq olunub. 2025-ci ilin yayında Respublikaçı Donald Tramp hakimiyyətə gəldikdən sonra Daxili Təhlükəsizlik Departamenti Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşları üçün bu proqramı ləğv edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər