Şou biznes

Türkiyənin tanınmış aparıcısı qadağan edilmiş maddə qəbul edib videosunu Cem Yılmaza göndərdi

15 Dec 2025, 03:36 1 baxış
Türkiyənin tanınmış aparıcısı qadağan edilmiş maddə qəbul edib videosunu Cem Yılmaza göndərdi
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda saxlanılan tanınmış televiziya aparıcısı Ela Rümeysa Cebecinin telefonundan özünün qadağan edilmiş maddə istifadə etdiyinə dair video aşkar edilib. Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir. Məlumata görə, Cebeci işlədiyi "HaberTürk" telekanalının binasında THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib. Cem Yılmaz isə öz növbəsində göndərilən videoya "mən bu işləri 1988-ci ildə tərgitmişəm" deyə cavab verib. Xatırladaq ki, Cebeci İstanbul Prokurorluğunun apardığı təhqiqat çərçivəsində digər televiziya aparıcıları Meltem Acet və Hande Sarıoğlu ilə birlikdə dekabrın 5-də saxlanılıb. Saxlanılan zamanı Cebecinin əşyaları müsadirə edilərək tədqiq edilib. O, dekabrın 6-da sərbəst buraxılıb.
Türkiyənin tanınmış aparıcısı qadağan edilmiş maddə qəbul edib videosunu Cem Yılmaza göndərdi
Mənbə oxu.az

Oxşar Xəbərlər