Şou biznes
Amerikalı restlinq ulduzu Con Sina karyerasını başa vurdu
48 yaşlı amerikalı peşəkar güləşçi (restler) və kino aktyoru Con Sina "World Wrestling Entertainment" (WWE) üçün son görüşündə iştirak edib. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən turnirdə o, qarşılaşmasında Günterə məğlub olub. Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb və karyerasını bitirməsinin əlaməti olaraq ayaqqabılarını rinqdə qoyub. Qeyd edək ki, Sina 1998-ci ildə restlinq karyerasına başlayıb və 2002-ci ildə WWE çərçivəsində televiziya debütünü edib. Karyerası ərzində o, 17 titulla rekord qırıb. Sina, həmçinin 2000-ci illərin ortalarında aktyorluq karyerasına da başlayıb. Onun rol aldığı məşhur filmlər arasında "Jarhead", "Suicide Squad", "Fast & Furious" filminin 9 və 10-cu hissələri də var. "Forbes" jurnalının məlumatına görə, Sina 2024-cü ildə 23 milyon dollar gəlirlə dünyanın ən çox qazanan 16-cı aktyoru olub.
Mənbə
oxu.az