Şou biznes

Sultan Nur Ulu: "Türkiyədə müğənni Güllünü qızı öldürüb"

13 Dec 2025, 00:48 1 baxış
Sultan Nur Ulu: "Türkiyədə müğənni Güllünü qızı öldürüb"
Türkiyənin Yalova şəhərində şübhəli şəkildə evinin pəncərəsindən yıxılaraq həyatını itirən müğənni Güllünün işi ilə bağlı istintaq çərçivəsində saxlanılan Sultan Nur Ulu müəyyən etiraflar edib. Oxu.Az bu barədə "A Haber" telekanalına istinadən xəbər verir. Məlumata görə, müğənninin qızı Tuğyan Ülkem Gülterin rəfiqəsi Sultan Nur Ulu ifadəsində bildirib ki, Güllünü qızı pəncərədən itələyib. Bundan sonra Tuğyan Ülkem Gülterin vəkilləri müğənninin qızını müdafiə etməkdən imtina ediblər. Qeyd edək ki, sentyabrın 26-da Güllü (52 yaş) Yalovanın Çinarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki evinin pəncərəsindən yıxılaraq ölüb. Güllünün ölümü ilə bağlı Yalova Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində qızı Tuğyan Ülkem Gülter, qızının rəfiqəsi Sultan Nur Ulu və onların yanındakı daha iki nəfər ölkə xaricinə qaçmağa hazırlaşdıqları zaman İstanbulda saxlanılıblar. "Qəsdən adam öldürmə" ittihamı ilə saxlanılan Tuğyan Ülkem Gülter, Sultan Nur Ulu, eləcə də nəqliyyat vasitəsinin sürücüsü ilə bağlı Yalova Vilayət Polis İdarəsində prosedurlar davam edir
Mənbə oxu.az

Oxşar Xəbərlər