Şou biznes

Türkiyəli müğənni Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı

10 Dec 2025, 01:24 1 baxış
Türkiyəli müğənni Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı
Məşhur türkiyəli müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter polis tərəfindən saxlanılıb. Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. Bildirilib ki, o, xaricə qaçmağa çalışarkən tanışı Sultan Nur Ulu ilə birlikdə saxlanılıb. Qeyd edək ki, sentyabrın 26-da Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirən Güllünün ölümündə qızı Tuğyan Ülkem Gülter şübhəli bilinir. Onun anasının ölümünü istədiyinə dair mesajları ortaya çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər