Siyasət

Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama

08 Oct 2026, 01:26 2 baxış
Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama
"Nazirlik olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar". Oxu.Az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bildirib. O qeyd edib ki, 500 işəgötürən arasında rəy sorğusu apardıqdan sonra bu stereotipin müəyyən dərəcədə əsassız olduğu qənaəti əldə olunub. "Təbii ki, bu, şəxsin törətdiyi cinayətdən asılı olaraq və işləmək istədiyi vəzifədən asılı olaraq dəyişə bilər. Məsələn, ehtiyatsızlıqdan törədilən cinayətlərə münasibətdə işəgötürənin yanaşması daha dözümlüdür və daha az ehtiyatlanır. Amma daha ağır cinayətlər törətmiş şəxslərə münasibətdə onların davranışları təbii ki, daha ehtiyatlıdır", - deyə nazir bildirib. Fərid Əhmədov bu stereotipin aradan qaldırılması üçün özəl tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb etdiklərini qeyd edib: "Məhkumlarla birlikdə təlim və təcrübə prosesində iştirak etməklə, onlarla yaxından tanış olmaqla işəgötürənlərdə bu ehtiyatların, stereotip və stiqmaların aradan qaldırılmasına nail olacağımıza inanırıq. Bununla bağlı artıq müsbət təcrübələrimiz də var".
Mənbə oxu.az

Oxşar Xəbərlər