Siyasət

Ömer Çelik: "Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - Video

07 Oct 2026, 19:32 3 baxış
Ömer Çelik: "Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - Video
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var". Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, həmin ölkələrin məqsədlərinə çatmasına qətiyyən imkan verilməyəcək. AKP sözçüsü bildirib ki, Türkiyənin daxilində bəzi qruplar, sosial şəbəkə istifadəçiləri və mərkəzlər yanlışlıqla Azərbaycanı hədəfə alırlar. Ömer Çelik qeyd edib ki, Türkiyə "bir millət, iki dövlət" prinsipinə sadiqdir. Bununla belə, hər iki dövlətin öz daxili siyasi gündəmi var: "Bu daxili siyasət fərqli ola bilər. Daxili və xarici siyasətdə də fərqli yanaşmalar mümkündür. Biz həmin məsələlərdə fikir ayrılığına düşəndə bunu iki qardaş ölkə kimi danışaraq yolumuza davam edirik".
Ömer Çelik: "Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər