İdman
Türkiyə Olimpiya oyunlarına ev sahibliyi edə bilər
2036-cı il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün yeddi ölkə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti bildirib. Qeyd olunub ki, bu ölkələr Hindistan, Türkiyə, Qətər, Almaniya, Cənubi Koreya, CAR və Macarıstandır. Məlumatda vurğulanır ki, Olimpiya oyunlarının keçirilməsi üçün müraciətlərin qəbulu 2026-cı il oktyabrın 31-də başa çatacaq. 2027-ci ilin martınadək BOK layihələrin icrası imkanlarının qiymətləndirməsini aparacaq, daha sonra təşkilatın icraiyyə komitəsi "strateji dialoq" mərhələsini işə salacaq. Hazırda növbəti dörd Olimpiadanı qəbul edəcək məkanlar məlumdur - 2028 və 2032-ci illər Yay Olimpiya oyunlarına müvafiq olaraq Los-Anceles (ABŞ) və Brisben (Avstraliya), 2030 və 2034-cü il Qış Olimpiya oyunlarına isə müvafiq olaraq Fransa Alpları və Yuta ştatı (ABŞ) ev sahibliyi edəcəklər.
Mənbə
oxu.az