Cəmiyyət

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video

06 Oct 2026, 02:12 1 baxış
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəri Vüsal Cahangirinin bildirdiyinə görə, Azərbaycan zəvvarlarının böyük hissəsini gənclər və orta yaşlı şəxslər təşkil edir. Bu xəstəliklər əsasən yaşlı şəxslərdə müşahidə olunduğundan, yeni tələbin zəvvarların sayına təsir edəcəyi gözlənilmir. Tələblər orqan çatışmazlığı, ürək və qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, ağır nevroloji, psixi və xroniki xəstəlikləri olan şəxslərə aiddir. Onun sözlərinə görə, belə xəstəlikləri olan şəxslər əvvəlki illərdə də Həcc ziyarəti üçün müraciət etmirdilər. Qeyd edək ki, artıq 80-dən çox şəxsin Həcc ziyarəti üçün müraciəti qeydə alınıb. Onların arasında hər hansı tibbi problemi olan şəxs olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər