Dünya
Cənubi Afrika prezidenti rekord qiymətə inək satıb
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa hərracda satılan inəyin qiymətinə görə ölkə rekorduna imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə "Times Live" məlumat yayıb. Heyvandarlıq fermasının sahibi olan Ramafosa anqol cinsindən olan üç yaşlı düyəni 6.4 milyon randa (təxminən 360 min dollar) satıb. "Aruşa kraliçası" adlı inək 100-dən çox şəxsin iştirak etdiyi açıq hərracda alınıb. Prezidentin "Ntaba Nyoni" fermasının nümayəndələri satışın Ramafosanın uzaqgörənliyi sayəsində mümkün olduğunu bildiriblər.
Mənbə
oxu.az