Dünya

Süni intellektlə bağlı şok xəbərdarlıq: "Bəşəriyyət məhv ola bilər"

06 Oct 2026, 03:46 2 baxış
Süni intellektlə bağlı şok xəbərdarlıq: "Bəşəriyyət məhv ola bilər"
Amerikanın "Anthropic" şirkətinin keçmiş əməkdaşı Ceykob Kokson Nyu-York Şəhər Şurasının dinləməsində bildirib ki, neyroşəbəkələrin superintellekt səviyyəsinə qədər inkişaf etdirilməsi bəşəriyyətin məhvinə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. "Mənim fikrimcə, böyük ehtimalla, hazırkı yol süni intellekt (Sİ) üzərində nəzarətin itirilməsinə gətirib çıxaracaq və bəşəriyyətin məhvi ilə nəticələnə bilər", - deyə Kokson bildirib. Onun sözlərinə görə, tərtibatçılar məhsulların sürətlə yaradılmasını və səhvlərin sonradan aradan qaldırılmasını nəzərdə tutan korporativ mədəniyyətə riayət edərək ehtiyatsız davranırlar. Kokson qeyd edib ki, belə yanaşma bu qədər güclü texnologiyaya tətbiq oluna bilməz. O bildirib ki, Sİ şirkətləri istənilən tapşırıqda insanı üstələyə biləcək superintellekt yaratmağa çalışırlar. "Anthropic" şirkətinin keçmiş əməkdaşı vurğulayıb ki, neyroşəbəkələrdə uğur əldə olunacağı təqdirdə, bu texnologiya iqtisadiyyatı və tibb sistemini dəyişə bilər. Lakin hazırda tərtibatçılar yaradılan sistemlərə necə nəzarət edəcəklərini bilmirlər və onların fəaliyyət motivlərini anlamırlar. Bundan əlavə, Koksonun sözlərinə görə, Sİ artıq indidən xarici şəbəkələrə müdaxilə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər