Maraqlı

Stres və depressiya riskini azaltmağın yolları açıqlandı

06 Oct 2026, 02:36 1 baxış
Stres və depressiya riskini azaltmağın yolları açıqlandı
"Həyat tərzinin daha balanslı şəkildə qurulması depressiya riskini azaltmağa kömək edir". Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Sergey Lanq Aif.ru-ya açıqlamasında deyib. O, günün necə keçdiyinə, insanın istirahət etməsi və özünə vaxt ayırması üçün kifayət qədər imkanının olub-olmamasına diqqət yetirməyi tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, işləri düzgün planlaşdırmaq, əlavə yüklərdən imtina etməyi bacarmaq və şəxsi ehtiyacları nəzərə almaq vacibdir. Eyni zamanda, mütəmadi olaraq yemək vaxtını ötürməkdən və yuxusuzluğu yalnız həftəsonları kompensasiya etməyə çalışmaqdan çəkinmək lazımdır. Lanq qeyd edib ki, belə vərdişlər stresi daha da artıra bilər. "Vaxtı düzgün bölüşdürmək, kimisə incitməkdən qorxmadan "yox" deməyi bacarmaq və öz xeyrinə seçim etmək böyük əhəmiyyət daşıyır", - deyə ekspert vurğulayıb. Daha əvvəl psixoloq bildirmişdi ki, depressiv vəziyyətin yaranması maraq və motivasiyanın tədricən itməsi ilə müşayiət oluna bilər. İnsan nələrisə dəyişməyə can atmağı dayandırır və daha çox vərdiş etdiyi şəkildə hərəkət edir. Lanq zövq verən məşğuliyyətlərə qarşı uzunmüddətli istəksizliyi də mümkün xəbərdarlıq siqnallarından biri kimi qiymətləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər