Cəmiyyət

Sabah bu ərazilərdə işıq olmayacaq

06 Oct 2026, 00:24 2 baxış
Sabah bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Görüləcək işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər