Dünya
"Qisasçılar: Final" yenidən dünya kino tarixinin ən çox gəlir gətirən filmi oldu
"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən filmi olub. Ekran əsəri "Avatar"ı geridə qoyaraq reytinqdə birinci pilləyə yüksəlib. Oxu.Az bu barədə "Variety" nəşrinə istinadən xəbər verir. Filmin yenidən nümayişindən sonra ümumi gəliri 2 925 milyard dollara çatıb. 2009-cu ildə ekranlara çıxan "Avatar" isə beş təkrar nümayiş də daxil olmaqla 2 923 milyard dollar gəlir əldə edib. "Avatar" təxminən 10 il ərzində bu reytinqə başçılıq edib. 2019-cu ildə "Qisasçılar: Final" ilkin nümayişi zamanı onun rekordunu keçib. Lakin 2021-ci ildə "Avatar: Suyun yolu" filminin premyerası ərəfəsində "Avatar"ın yenidən nümayişi təşkil olunub və film yenidən liderliyə yüksəlib. "Qisasçılar: Final"ın son təkrar nümayişi "Disney" və "Marvel" tərəfindən "Qisasçılar: Doktor Dum" filminin dekabrda təqdimatından əvvəl təşkil edilib. Bu nümayiş zamanı film dünya üzrə 126 milyon dollardan çox gəlir əldə edib.
Mənbə
oxu.az