İdman

Kriştianu Ronaldu imicini kəskin dəyişdi - Foto

06 Oct 2026, 02:30 2 baxış
Kriştianu Ronaldu imicini kəskin dəyişdi - Foto
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla yaşanan qalmaqaldan sonra milli komandanın düşərgəsini erkən tərk edən ulduz futbolçu Kriştianu Ronaldu yeni imici ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, bu barədə "Ən-Nəsr" klubunun sosial şəbəkələrdəki rəsmi hesabı məlumat yayıb. 41 yaşlı futbolçu artıq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun düşərgəsinə qayıdıb. Ronaldu "Əl-Nəsr"ə qayıtdıqdan sonra saç düzümünü də dəyişib. O, saçlarını qısaldıb və əvvəlki tünd rəngə qaytarıb. Qeyd edək ki, futbolçu yay aylarında saçlarını sarı rəngə boyamışdı. Hazırda Ronaldu klub karyerasını davam etdirməklə yanaşı, peşəkar karyerasında 1 000 qola çatmaq uğrunda mübarizəsini də davam etdirir.
{{gallery}}
Kriştianu Ronaldu imicini kəskin dəyişdi - Foto Kriştianu Ronaldu imicini kəskin dəyişdi - Foto
Mənbə oxu.az