Kriminal

Qonşusunun həyətində girdi, sifətindən bıçaqlandı

01 Oct 2026, 07:30 4 baxış
Qonşusunun həyətində girdi, sifətindən bıçaqlandı
Abşeronda kişi qonşusunu bıçaqlayıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Digah qəsəbəsi, Bakıxanov küçəsində baş verib. Qəsəbə sakini Heydər Qarayev (adlar şərtidir - red.) qonşusu Raminə onun həyətinə icazəsiz daxil olduğu üçün xəsarət yetirib. Belə ki, Heydərin yaşadığı küçəyə gələn su xətti partlayıb. Qonşular xəttin bərpası üçün əraziyə toplaşıblar. Heydər də qonşusu Raminlə birlikdə həmin əraziyə gəlib və su xəttinin bərpasına başlayıb. Bu zaman Ramin hansısa tikinti materialını gətirmək üçün evinə gedib. Həmin vaxt qonşular ona zəng edərək məhəllədəki ailələrə məlumat verməsini, hər kəsin həyətindəki su kranını açıq saxlamasını və bununla da xətdə suyun azalmasını təmin etmələrini istəyiblər. Ramin öz evindəki su kranını açdıqdan sonra Heydərin həyətinə də girərək kranı açıb və hadisə yerinə qayıdıb. O, həm özünün, həm də Heydərin həyətindəki kranları açdığını bildirib. Bu isə Heydərin narazılığına səbəb olub. Qəza aradan qaldırıldıqdan sonra qonşular, o cümlədən Ramin evlərinə gediblər. Hadisədən təxminən bir saat sonra Heydər Raminin onun həyətinə icazəsiz daxil olduğunu bildirib və onu danışmaq üçün çağırıb. Ramin küçəyə çıxanda Heydər onu həyətinə dəvət edib. Bu zaman Heydər qəfildən Raminin üz nahiyəsinə yumruqla zərbə endirib. Ramin yıxılıb və zərbənin təsirindən dişi sınıb. Bununla kifayətlənməyən Heydər cibindən bıçaq çıxararaq onun üz nahiyəsinə beş dəfə zərbə endirib və hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Heydər Qarayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin hökmü ilə H.Qarayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qonşusunun həyətində girdi, sifətindən bıçaqlandı Qonşusunun həyətində girdi, sifətindən bıçaqlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər