Kriminal

Kiyevə dron hücumu: Daha bir azərbaycanlı həlak oldu - Foto

30 Sep 2026, 21:14 3 baxış
Kiyevə dron hücumu: Daha bir azərbaycanlı həlak oldu - Foto

Ukraynanın paytaxtı Kiyevdə dron hücumu zamanı daha bir azərbaycanlı həlak olub.


Axar.az Cenublu.az-a istinadən xəbər verir ki, vəfat edən şəxs Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olan Aşur Əkbərovdur.


1951-ci ilin oktyabrında anadan olan Əkbərov Aşur Bəhlul oğlu 30 ildən artıqdır Kiyevdə yaşayıb və Ukrayna vətəndaşı olub.


Məlumata görə, o, səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.


A.Əkbərovun oktyabrın 13-ü 75 yaşı tamam olacaqdı. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər