Kriminal

Kürdəmirdə kütləvi zəhərlənmə oldu

30 Sep 2026, 23:11 4 baxış
Kürdəmirdə kütləvi zəhərlənmə oldu

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.


Axar.az-ın Report-a istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.


Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər