Digər

Suriyada avtobus gülləbaran edildi: 7 nəfər öldü

01 Oct 2026, 00:33 2 baxış
Suriyada avtobus gülləbaran edildi: 7 nəfər öldü

Suriyanın Xüms əyalətindəki Masyaf körpüsü yaxınlığında naməlum silahlı şəxslərin avtobusa atəş açması nəticəsində ən azı yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.


Daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri hadisə yerinə gəlib, yaralılar təxliyə edilib.


Hücumun motivi hələ ki, bəlli deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər