İdman

"Neftçi" Avropa Kubokunun əsas mərhələsinə yüksəldi

01 Oct 2026, 00:21 2 baxış
"Neftçi" Avropa Kubokunun əsas mərhələsinə yüksəldi

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab oyununu keçirib.


Axar.az xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniyada "Parnu" komandasının qonağı olub. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 73:61.


İki oyunun nəticəsinə əsasən estonları 141:140 hesabı ilə məğlub edən "Neftçi" adını Avropa Kubokunun əsas mərhələsinə yazdırıb.


Komanda əsas mərhələnin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər