Cəmiyyət

Bu yolda avtobus zolağının müddəti 1 saat artırıldı

18 Sep 2026, 15:57 7 baxış
Bu yolda avtobus zolağının müddəti 1 saat artırıldı

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.


Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.


Bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qüvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.


Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər