Cəmiyyət

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - Rəqəmlər - FOTO

18 Sep 2026, 15:05 11 baxış
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - Rəqəmlər - FOTO
Azərbaycanda 2025-ci il ərzində müxtəlif səbəblərdən ölənlərin sayında artım qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb. Qeyd olunub ki, 2010-cu ildə ölkədə ümumilikdə müxtəlif səbəblərdən 53 580 nəfər vəfat etdiyi halda, 2025-ci ildə isə bu göstərici 59 834 nəfərə yüksəlib. Beləliklə, 15 il ərzində ölüm hallarının ümumi sayı 6 254 nəfər artıb.
Ölüm səbəbləri arasında ən böyük pay isə qan dövranı sistemi xəstəliklərinin üzərinə düşüb. Belə ki, 2010-cu ildə qan dövranı sistemi xəstəliklərindən 32 825 (61.26%), 2025-ci ildə isə 33 289 (55.64%) nəfər vəfat edib. Müqayisə olunan dövrdə bu səbəbdən ölənlərin sayı 464 nəfər artıb.
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - Rəqəmlər - FOTO Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - Rəqəmlər - FOTO Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - Rəqəmlər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər