Cəmiyyət

Tahir Gözəl bu bankın sədri oldu

18 Sep 2026, 11:08 11 baxış
Tahir Gözəl bu bankın sədri oldu

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.


Axar.az APA-ya istinadla xəbər verir ki, Tahir Abdolbari oğlu Gözəl bankın Müşahidə Şurasının yeni sədri seçilib.


O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gözəli əvəz edib.


Xatırladaq ki, Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.


Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.


Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holdinq”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.


“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir.

Mənbə axar.az

Oxşar Xəbərlər