Cəmiyyət

Uzaq kəndlərdə səhiyyənin vəziyyəti: Komitə sədri ilkin tibbi xidmətlə bağlı problemləri açıqladı

17 Sep 2026, 15:20 11 baxış
Uzaq kəndlərdə səhiyyənin vəziyyəti: Komitə sədri ilkin tibbi xidmətlə bağlı problemləri açıqladı
"Uzaq, eyni zamanda yol infrastrukturu o qədər yaxşı olmayan kəndlərimizdə ilkin tibbi xidmətlə bağlı böyük problemlər var". Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov sədri olduğu Səhiyyə komitəsinin ilk iclasında deyib. O bildirib ki, bölgələr və kəndlərdə, xüsusilə uzaq kəndlərdə, yol infrastrukturu yaxşı olmayan kəndlərdə ilkin tibbi xidmətlə bağlı problemlər hələ də davam edir: "Orada həm də səhiyyənin bu sahəsinin maddi-texniki bazası ilə bağlı, həm də kadr problemləri var. Əminəm ki, qarşıdan gələn yaxın vaxtlarda həyata keçiriləcək islahatlar çərçivəsində bu qurumlarda sözügedən məsələyə ciddi fikir veriləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər