Cəmiyyət
Xırdalanda sərnişinlərin dayanacaq problemi - Pavilyon niyə quraşdırımır?
Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120 ünvanında avtobus dayanacağı üçün pavilyonun olmaması sərnişinlərdə narazılıq yaradır. Oxu.Az-a müraciət edən vətəndaş qeyd edib ki, sözügedən ərazidə 517, 523 və digər marşrut avtobuslarından istifadə edənlər üçün dayanacaq pavilyonu yoxdur.
{{gallery}} Müraciətdə vurğulanıb ki, sərnişinlər günəşdən qorunmaq üçün reklam lövhəsinin altında gözləyirlər. Yağışda, soyuqda isə vəziyyət acınacaqlı olur. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə dayanacaq pavilyonunun quraşdırılması üçün şərait uyğun deyil: "Avtobus dayanacağı pavilyonunun quraşdırılması üçün səkinin eni ən azı üç metr olmalı və asfaltlanmalıdır. Ərazidə dayanacaq pavilyonunun quraşdırılması üçün müvafiq şərait yaradılacağı təqdirdə məsələyə baxıla bilər".

Mənbə
oxu.az