Cəmiyyət

Bakıda avtobusda gərgin anlar: Sürücü sərnişinləri düşürüb - Səbəb - VİDEO

17 Sep 2026, 13:36 12 baxış
Bakıda avtobusda gərgin anlar: Sürücü sərnişinləri düşürüb - Səbəb - VİDEO
Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında mübahisə yaşanıb. Oxu.Az xəbər verir ki, hadisə ötən gün paytaxtın 20 Yanvar ərazisində qeydə alınıb.

Məlumata görə, 79 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinləri nəqliyyat vasitəsindən düşürməyə çalışıb. Sərnişinlərin buna etiraz etməsindən sonra tərəflər arasında mübahisə yaranıb. Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən fakt təsdiqlənib. "Hadisəyə səbəb bir sərnişinin sürücü ilə mübahisə zəminində onu söyüb təhqir etməsi olub. Sürücü də stress halında hərəkətini davam etdirə bilməyəcəyini deyib və sərnişinləri növbəti avtobusa yönəldib", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər