Cəmiyyət

Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO

17 Sep 2026, 11:20 7 baxış
Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO
Bakının Həsən Əliyev küçəsində tələbələrin universitetə gediş-gəlişini asanlaşdırmaq məqsədilə müvəqqəti keçid yaradılıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.

Qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci korpusunun qarşısında aparılan təmir işləri ilə əlaqədar yol bağlanıb. Tələbələrin hərəkətinin təmin edilməsi üçün əraziyə müvəqqəti keçid qoyulub. Hazırda tələbələr yolu uzatmadan universitetə giriş-çıxış edə bilirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər