Cəmiyyət

Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO

17 Sep 2026, 10:50 22 baxış
Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO
Bakıda elektriklə işləyən sərnişin avtobusunun yolda qalması sərnişinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.

İddia edilib ki, bu gün səhər saatlarında 65 nömrəli xətti üzrə hərəkət edən avtobusun elektrik enerjisi bitib. Nəticədə sərnişinlər avtobusdan düşmək məcburiyyətində qalıblar. Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, avtobusun enerjisi bitməyib. "Qısamüddətli elektrik problemi yaşanıb və on dəqiqə içində həll olunub və avtobus yoluna davam edib", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər