Universitetdən qovulan tələbədən son paylaşım - Video
Tiktokda “Leylakenan” adı ilə canlı yayım açan bacı-qardaş ADMİU-nun birinci kurs tələbələrini hədələmiş, onlara fiziki xəsarət yetirəcəklərini bildirdirmişdilər.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bundan sonra universitetdən xaric edilən Kənan Zindadilin sosial şəbəkədəki son paylaşımı diqqət çəkib.
O, paylaşımında universitetdə təhsil alan dostlarına müraciət edərək yazıb:
“Məni hər zaman universitetin əyləncəli uşağı olaraq yadda saxlayın. Sevirəm sizi, orada təhsil alan canım dostlarım. Biz hər şeyi gözəl bilirik. Məni də yaxından tanıyan bilir necə biriyəm sevdiklərimə qarşı. Amma bəzən yanlış insanlara da dəyər vermiş ola bilərəm. Bunlar bizə dərs olur. Hə, bir də heç vaxt haqsızlığa boyun əyməmişəm, əymərəm də. Bu da orada bir çox insanda qıcıq yaratdı”.