İdman

Kenan Yıldız əməliyyat olundu: Uzun müddət meydanlardan uzaq qalacaq

31 Aug 2026, 22:12 32 baxış
Kenan Yıldız əməliyyat olundu: Uzun müddət meydanlardan uzaq qalacaq
"Yuventus"un vingeri Kenan Yıldız sol ayağının beşinci daraq sümüyünün əsasındakı sınıqla əlaqədar uğurla əməliyyat olunub. Oxu.Az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir. 21 yaşlı türkiyəli futbolçu İtaliya çempionatının birinci turunda "Frozinone"yə qarşı oyunda (1:0) zədələnib. Yıldız reabilitasiya proqramına başlayacaq və təxminən üç ay yaşıl meydanlardan uzaq qalacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər