İdman

Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəldi - VİDEO

31 Aug 2026, 22:32 31 baxış
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəldi - VİDEO
Misli Premyer Liqasında III tura yekun vurulub. Oxu.Az xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:1.

45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub. "Qarabağ" 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu - 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb. Günün ilk qarşılaşmasında "Sabah" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib - 0:1. Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər