İdman

"Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəldi

31 Aug 2026, 22:20 25 baxış
"Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəldi

Misli Premyer Liqasında III tura yekun vurulub.


Axar.az xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.


Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.


45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.


"Qarabağ" 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu - 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər