Digər
Novakdan tapşırıq: Bahalaşmanın qarşısını alın!
Rusiya Baş nazirinin müavini Aleksandr Novak müvafiq qurumlara və neft şirkətlərinə regional yanacaq təchizatına nəzarəti gücləndirməyi, zərurət yarandıqda balanssızlığı dərhal aradan qaldırmağı və bütün səviyyələrdə qiymət artımının qarşısını almağı tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
Məlumata görə, daxili yanacaq bazarı ilə bağlı keçirilən iclasda ən çətin şəraitdə yaşayan bölgələr də daxil olmaqla, daxili yanacaq təchizatı müzakirə olunub. Tula, Tambov, İrkutsk və Penza vilayətlərinin və Mordoviya Respublikasının regional bazarlarında yanacaq təchizatı və tələbat balansı ayrıca nəzərdən keçirilib.
Mənbə
axar.az