İdman

İki dəfə meydanda huşunu itirən Musialanın diaqnozu açıqlandı

19 Aug 2026, 00:30 2 baxış
İki dəfə meydanda huşunu itirən Musialanın diaqnozu açıqlandı
"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala "Haydenhaym"la yoldaşlıq oyununda (2:4) huşunu itirdikdən sonra sosial şəbəkə hesabında bəyanat yayımlayıb. Oxu.Az xəbər verir ki, 23 yaşlı futbolçu avqustun 15-də "Leypziq"lə (3:1) yoldaşlıq matçında da huşunu itirmişdi. "Ən vacibindən başlayım - mən yaxşıyam! Məndə müalicəsi asan olan və nevroloji disfunksiyadan qaynaqlanan qısamüddətli, müvəqqəti huşsuzluq epizodları diaqnozu qoyulub. Bilirəm ki, ilk baxışdan bu, qorxulu görünə bilər, lakin mənim üçün hazırda bu, sadəcə gündəlik həyatın bir hissəsidir. Mən bu istiqamətdə mümkün olan ən yaxşı tibbi yardımı alıram və çox nikbinəm. Əsas odur ki, bundan başqa hər hansı əlavə sağlamlıq riski yoxdur. Ümumilikdə özümü çox yaxşı hiss edirəm və doğru yoldayam. Bu yolda mənə ən çox kömək edən şey komandamla birlikdə və sizin inanılmaz dəstəyinizlə qələbələrə, titullara doğru irəliləməyə davam etməkdir", - deyə Musiala yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər