İdman

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel"lə oyunu səbirsizliklə gözləyirik"

19 Aug 2026, 00:42 2 baxış
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel"lə oyunu səbirsizliklə gözləyirik"
"Sabah" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivi ilə oyunu böyük səbirsizliklə gözləyir. Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında bildirib. Mütəxəssis raundun birinci matçından əvvəl fikirlərini bölüşüb: "UEFA Çempionlar Liqasının pley-off mərhələsi xüsusi həyəcan doğurur. Klubumuz tarixində ilk dəfə bu raundda iştirak edir. Biz bu oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibi bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç vaxt favorit hesab edilməmişik. Həmişə autsayder kimi görünmüşük. Eyni şeyi rəqibimiz haqqında da demək olar. Amma burada oynamağa layiq olduğumuzu sübut etmişik. İndi isə bizi maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Sabahkı oyuna hazırıq". Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək. Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər