İdman

UEFA Çempionlar Liqası: "Fənərbağça" "Lion"la bacarmadı

19 Aug 2026, 00:57 2 baxış
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Lion"la bacarmadı
UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına üç matçla start verilib. Oxu.Az xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşması "Fənərbağça" -"Lion" klubları arasında baş tutub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Oyunda hesabı 40-cı dəqiqədə Fransa təmsilçisindən Lua Openda açıb. Ev sahiblərinin bərabərlik qolunu isə 47-ci dəqiqədə Meyson Qrinvud vurub. Tərəflər arasında cavab matçı avqustun 26-da keçiriləcək. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Levski Sofiya" - AEK - 0:0; "Dinamo Zaqreb" - "Vikinq" - 2:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər