Dünya

Latviyada nəhəng kiberhücum: 1,2 milyon insanın məlumatları ələ keçirildi

19 Aug 2026, 00:24 2 baxış
Latviyada nəhəng kiberhücum: 1,2 milyon insanın məlumatları ələ keçirildi
Latviyada Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (CSDD) edilən kiberhücum nəticəsində cinayətkarlar 1,2 milyon insanın şəxsi məlumatlarını əldə ediblər. Oxu.Az LSM-yə istinadən xəbər verir ki, bu barədə kiberinsidentlərin qarşısının alınması üzrə "Cert.lv" qurumunun rəhbər müavini Varis Teivans bildirib. Qeyd olunur ki, hakerlər CSDD-nin son 18 il ərzində əldə etdiyi ödənişlər barədə məlumatları ələ keçiriblər. Baş nazir Andris Kulberqs jurnalistlərə müsahibəsində konkret cinayətkarın hələ müəyyən edilmədiyini, lakin bunun başqa bir dövlət tərəfindən Latviyaya qarşı həyata keçirilən kiberhücum ola biləcəyini istisna etməyib. CSDD-nin İT departamentinin rəhbəri Maris Purinş də bildirib ki, kiberhücum nəticəsində CSDD müştərilərinin əlaqə məlumatları - telefon nömrələri və elektron poçt ünvanları sızdırılmayıb. Bundan əlavə, cinayətkarların əldə etdikləri ünvan məlumatları bütün hallarda tam deyil. O qeyd edib ki, ötən istirahət günlərində CSDD daha bir məqsədyönlü kiberhücumla üzləşib, lakin təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlər sayəsində bunun qarşısı alınıb. Latviya Prezidenti Edqars Rinkeviçs insidenti şərh edərkən kiberhücumun və genişmiqyaslı məlumat sızmasının "milli təhlükəsizlik üçün ciddi təhdid yaratdığını" vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər