Cəmiyyət
Bakının məşhur stadionu baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb, tribunalar dağılıb - VİDEO
Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunu kol-kos basıb, tribunalar dağılıb, bir sözlə, stadiondan əsər-əlamət qalmayıb. Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, stadion uzun müddətdir baxımsız haldadır. Bir müddət əvvəl təmir olunacağı deyilsə də, hazırda heç bir iş aparılmır.
Yaxınlıqda yaşayan sakinlər də bu haldan narazıdırlar. Çünki stadionda həm uşaqlar, həm də böyüklər idmanla məşğul olurdu. Sakinlər insanların istirahət məkanı olan stadionun təmirini arzulayırlar. Yasamal Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı müraciəti cavablandırmayıb.

Mənbə
oxu.az