Cəmiyyət

Eltəkin Ömərova yüksək vəzifə verildi

05 Oct 2026, 22:41 2 baxış
Eltəkin Ömərova yüksək vəzifə verildi

Eltəkin Ömərov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) Planlaşdırma, İcraya Nəzarət və İcmal şöbəsinin müdiri təyin olunub.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq əmr imzalayıb.


Qeyd edək ki, E.Ömərov bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, uzun illər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında layihə meneceri kimi fəaliyyət göstərib.

Mənbə axar.az

Oxşar Xəbərlər