Cəmiyyət

İşıqfor olan küçəyə şlaqbaum qoydular - VİDEO

04 Aug 2026, 19:36 21 baxış
İşıqfor olan küçəyə şlaqbaum qoydular - VİDEO
Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsi, Babək küçəsi 88 ünvanında küçənin girişinə şlaqbaum quraşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

Şikayətçinin sözlərinə görə, bu səbəbdən taksi xidmətləri həyətə daxil ola bilmir, həmçinin şəxsi avtomobillə giriş-çıxışda da ciddi çətinlik yaranıb. "Küçənin girişi işıqfordur, yol kənarında da dayanacaq var, ona görə məhəlləyə daxil olmadan yol kənarında maşın saxlamaq mümkün deyil", - deyə şikayətçi vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər