Cəmiyyət

İyul ayında 11 aptekdə nöqsan aşkarlanıb

04 Aug 2026, 17:48 20 baxış
İyul ayında 11 aptekdə nöqsan aşkarlanıb
Bu ilin iyul ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 78 aptekdə yoxlama aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və biri yoxlamadankənar olub. Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər