Cəmiyyət

ATƏT sədri İçərişəhərdə - Foto

04 Aug 2026, 17:20 20 baxış
ATƏT sədri İçərişəhərdə - Foto

Azərbaycana rəsmi səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis İçərişəhəri ziyarət edib.


"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Axar.az-a verilən məlumata görə, qonağı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud və nümayəndə heyəti qarşılayıb.


Ziyarət zamanı vitse-prezident Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və Sıratağlı dini-memarlıq kompleksi ilə tanış olub.


Eyni zamanda ona İçərişəhərin zəngin tarixi-mədəni irsi, həyata keçirilən bərpa və konservasiya işləri, eləcə də turizm potensialının inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər