Cəmiyyət

Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək

04 Aug 2026, 15:56 20 baxış
Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək
"Bakı metropoliteni yeni 9 stansiyanın tikintisinə başlayacaq". Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır: "Bənövşəyi" xətt üzrə 5, "yaşıl" xətt üzrə isə 4 stansiyanın tikintisindən söhbət gedir. Yaxın vaxtlarda həmin stansiyaların tikintisi üzrə müsabiqə elan olunacaq. Müsabiqənin qalibləri müəyyən ediləndən sonra stansiyaların tikintisinə start veriləcək. Stansiyaların tikintisinə gələn ildən başlanacaq. 9 stansiya 2030-cu ilə qədər tikilib istifadəyə veriləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər