Cəmiyyət
"Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?
Avqustun 15-dən Bakı metropoliteninin "Nizami" və "28" May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspress və digər sərnişin avtobuslarında gediş haqları hələlik müəyyən edilməyib. Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bununla bağlı hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır: "Nəqliyyatın yükü və məsafə araşdırılır, qiymətlərlə bağlı müəyyən işlər görülür. Avqustun 15-dək bu müzakirələr başa çatacaq və gediş haqları açıqlanacaq".
Mənbə
oxu.az