Cəmiyyət

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Aug 2026, 23:22 3 baxış
Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) iki şöbənin müdiri işdən çıxıb.


Axar.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Elnur Pənah oğlu Əmirov Mərkəzi Mühasibatlıq və Təyinat filialının Saxlanma xərclərinin ödənişi şöbəsinin müdiri vəzifəsindən azad olunub.


Digər əmrlə, Elnur Aydın oğlu Qasımov Qarabağ Peşə Hazırlığı Mərkəzi Publik Hüquqi Şəxsin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər