Cəmiyyət

Sakinlər fəryad edirlər: "Ölüm ayağındayıq, ağlayırıq" - VİDEO

03 Aug 2026, 20:00 21 baxış
Sakinlər fəryad edirlər: "Ölüm ayağındayıq, ağlayırıq" - VİDEO
Susuzluq problemi Ucar rayonunun 4 minə yaxın əhalisi olan Alpout kəndinin sakinlərini çətin vəziyyətdə qoyub. Sakinlərin sözlərinə görə, onlar illərdir həm içməli, həm də suvarma suyunun çatışmazlığından əziyyət çəkirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri problemin həlli üçün aidiyyəti qurumlardan kömək istəyirlər. "Arxın suyundan çəltik, yonca əkənlər istifadə edirlər. Kəndə isə su gəlib çatmır. Gələndə də ayda bir-iki dəfə gəlir. Suyun üstündə dava düşür, insanlar bir-birinə xəsarət yetirirlər", - deyə sakinlərdən biri bildirib. Digər sakin isə vəziyyətin dözülməz həddə çatdığını deyib: "Ölüm ayağındayıq. Bu istidə susuzluqdan əziyyət çəkirik. Nə özümüzə, nə də heyvanlarımıza su tapa bilirik. Çox ağır vəziyyətdəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər